KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 18-04-2023, 14:04

Tibbi maskalarla bağlı güzəşt 2030-cu ilədək UZADILDI

Tibbi maskalarla bağlı güzəşt 2030-cu ilədək UZADILDI
Baş nazir Əli Əsədov qərar imzalayıb.

"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişikliklə güzəşt müddəti 31 dekabr 2030-cu il tarixinədək artırılıb.

Qərarda bildirilib ki, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 2030-cu ilədək 15 faiz idxal gömrük rüsumundan azad edilir.

İndiyə qədər bu müddət 2024-cü ilədək nəzərdə tutulmuşdu.

Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 352 326 341 361 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.