KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 18-04-2023, 18:00

Xaricdən gələn şübhəli zəngi, mesajları qəbul etməyin -

Xaricdən gələn şübhəli zəngi, mesajları qəbul etməyin -
Son illər kiberhücumlar aktual problemlərdən biri olaraq qalmaqdadır.

İstər sosial şəbəkələr üzərindən, istərsə də iş fəaliyyətimizdə kiberhücumlara son zamanlar daha tez-tez rast gəlirik.

Bu kimi hallara qarşı aparılan maariflənidirici tədbirlərə baxmayaraq, hələ də bu tora düşən vətəndaşlar az deyil.

İT üzrə mütəxəsis Fərhad Əliyev "Xəzər Xəbər"ə bildirib ki, bu dələduzluqların çoxu xaricdən idarə olunur. Digər bir dələduzluq faktına toxunan ekspert qeyd edib ki, bəzən vətəndaşlar arasında qorxu və həyəcan yaradaraq, kiberdələduzlar öz çirkin əməllərini həyata keçirir.
Ekspert bu cür kiberdələduzlarla mübarizə aparmaq üçün vətəndaşları ayıq-sayıq olmağa çağırıb: "Şübhəli mesajlar gəldikdə qəbul etməyib bloklamaq lazımdır. Həmçinin heç bir halda sosial şəbəkələr və ya vətəndaşa gələn gizli zənglər üzərindən fərdi məlumatları paylaşmaq olmaz. O cümlədən təhlükəsizlik kodlarının da paylaşılması yolverilməzdir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 346 349 336 346 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.