KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 19-04-2023, 09:00

Səhvən başqa qapının zəngini çaldı, silahla başından vuruldu

Səhvən başqa qapının zəngini çaldı, silahla başından vuruldu
Missuri ştatının Kanzas-Siti şəhərində etirazlar başlayıb.

Məlumata görə, 16 yaşlı Ralf Yarl adlı oğlan, aprelin 13-də ailəsi tərəfindən qardaşlarını dostunun evindən götürməyə göndərilib, lakin yeniyetmə səhv ünvanın qapısını döyüb.

Ev sahibi Yarlı qapısında gördükdən sonra silahdan atəş açıb. Yeniyetmənin ailəsinin və vəkillərinin sözlərinə görə, o, başından güllə yarası alıb.
O da bildirilib ki, polis ev sahibini həbs etdikdən sonra sərbəst buraxıb. Lakin etirazların ardından prokurorlar 84 yaşlı Endryu Lesteri birinci dərəcəli hücum və silahla cinayət törətməkdə ittiham ediblər.

Hazırda yeniyetmənin vəziyyətinin yaxşılığa doğru getdiyi, onun müalicəsinin evdə davam etdirildiyi qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
308 349 321 372 340 328

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.