weher uwagi

weher uwagi Hekayələr 19-04-2023, 12:30

Niyə insanlar mübahisə edən zaman səslərini ucaldırlar? Çox müdrik məsəl!

Niyə insanlar mübahisə edən zaman səslərini ucaldırlar? Çox müdrik məsəl!
Müəllim bir dəfə şagirdlərindən soruşdu:
- İnsanlar mübahisə edəndə onlar nə üçün qışqırır?

- Çünki, sakitliklərini itirirlər – bir nəfər dedi.

- Əgər digər bir adam sənin yanındadırsa, qışqırmaq nəyə lazımdır? – müəllim soruşdu, - onunla sakit danışmaq olmaz? Əsəbisənsə, niyə qışqırmalısan?

- Şagirdlər öz cavablarını təklif edirdi, lakin bunların heç biri müəllimi qane etmədi. Nəhayət, o izah etdi:

- İnsanlar bir-birindən narazı olanda və mübahisə edəndə, onların qəlbləri uzaqlaşır. Bu məsafəni ört-basdır etmək və bir-birini eşitmək üçün onlar qışqırmalı olurlar. Onlar nə qədər əsəbidirlərsə, bir o qədər də bərk qışqırırlar.

- İnsanlar aşiq olanda nə baş verir? Onlar qışqırmır, əksinə, sakit danışırlar. Çünki onların qəlbləri bir-birinə çox yaxındır, aralarındakı məsafə də olduqca kiçikdir.

- Daha güclü aşiq olanda nə baş verir? – Müəllim davam etdi, - Onda insanlar danışmır, ancaq pıçıldaşırlar və öz sevgisində daha da yaxın olurlar. Sonunda onların pıçıldaşmasına belə gərək qalmır. Onlar yalnız bir-birinə baxır və hər şeyi sözsüz başa düşürlər. İki sevən insan birlikdə olanda belə olur.

- Beləliklə, mübahisə edəndə qəlblərinizin bir-birindən ayrılmasına imkan verməyin, aranızdakı məsafəni daha da çoxaldan sözlərdən istifadə etməyin. Çünki, məsafənin o qədər böyük olduğu gün gələr ki, geriyə dönüş yolunu tapa bilməzsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
524 546 561 503 518 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.