reklam
Mariya Stadnik mübarizəyə başlayır, Osman Nurmaqomedov final görüşünə çıxacaq Mariya Stadnik mübarizəyə başlayır, Osman Nurmaqomedov final görüşünə çıxacaq https://img.milli.az/2019/06/28/766874.jpg
HASANLY

HASANLY İdman 19-04-2023, 11:33

Mariya Stadnik mübarizəyə başlayır, Osman Nurmaqomedov final görüşünə çıxacaq

Mariya Stadnik mübarizəyə başlayır, Osman Nurmaqomedov final görüşünə çıxacaq
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Far.Az xəbər verir ki, bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik təsnifat mərhələsində Evin Demirhanla üz-üzə gələcək. 55 kq-dakı təmsilçimiz Elnurə Məmmədova litvalı Laura Stanelite ilə görüşəcək. 59 kq-da yarışan Alyona Kolesnik 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq çəki dərəcəsində Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) üz-üzə gələcək. 74 kq-dakı Cəbrayıl Hacıyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-dakı Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq. Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə ediblər. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 195 194 195 193 240

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.