HASANLY

HASANLY İdman 22-04-2023, 12:18

"Çelsi"nin yeni baş məşqçisi kim olacaq?

"Çelsi"nin yeni baş məşqçisi kim olacaq?
Yulian Nagelsmann artıq "Çelsi"nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib.

Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, alman məşqçinin namizədliyi "zadəganlar"ın idarə heyəti ilə çoxsaylı danışıqlardan sonra artıq gündəmdə deyil.

London klubunun potensial çalışdırıcısı kimi adı çəkilən Luis Enrike də yarışdan kənar qalıb.

Məlumata görə, hazırda Maurisio Poçettinonun şansları yüksək qiymətləndirilir.

Xatırladaq ki, "Çelsi" rəhbərliyi aprelin əvvəlində Qrem Potteri istefaya göndərib və Frenk Lempardı mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 420 437 437 404 435

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.