KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 23-04-2023, 21:00

Lerikdə elektrik cərəyanı bir ailənin dörd üzvünü vuraraq öldürdü

Lerikdə elektrik cərəyanı bir ailənin dörd üzvünü vuraraq öldürdü
Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən faciənin səbəbi məlum olub.

Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.

Elektrik xəttini qoşan qadını cərəyan vurub və hovuza yıxılıb. Motorun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatlarını itirib.

***
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

***

Hadisə nəticəsində həlak olanların şəxsiyyəti müəyyən edilib:

1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B (azyaşlının ad və soyadı şərtidir).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 398 394 363 399 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.