KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 23-04-2023, 20:00

İrkutskda yanğında 4 nəfər həlak olub

İrkutskda yanğında 4 nəfər həlak olub
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində bazar günü gecə bağ evində baş verən yanğın 4 nəfərin həyatına son qoyub.

LoaDinG.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Yanğının söndürülməsi zamanı yanğınsöndürənlər yanan evin içərisində ölənləri aşkar ediblər: üç böyük və bir uşaq", - məlumatda deyilib.

Ümumi yanğın sahəsi 60 kvadratmetr olub. Yanğının və onun nəticələrinin aradan qaldırılması səhər saatlarına qədər davam edib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri işləyir, yanğının səbəblərini müəyyənləşdirirlər.

Faktla bağlı cinayət işi açılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
392 398 363 319 424 358

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.