Abbas Məmmədov

Abbas Məmmədov özünü ☺️ nostaljik hiss edir. Şeirlər 24-04-2023, 08:00

Dedim-Dedi

Dedim-Dedi
Dedim, ey gül, mənə rəhm eylə Xuda xatirinə,
Dedi, rəhm etməmişəm mən bu güneycən birinə.

Dedim, ey yar, ləbin qönçə, gözün şəhladır.
Dedi, təriflərinin xeyri nədir bicadır.

Dedim, ey qaşları şəmşir, ölürəm bilməlisən,
Dedi, bəh-bəh, əcəb oldu, ela sən ölməlisən.

Dedim, arzumdur öpeydim güli-rüxsarından.
Dedi, ar eyla, utan bir belə rəftarından.

Dedim, olmaz bu gözəllikdə bəşər hurimisən,
Dedi, şair, deyəsən, görməmisən nurimi sən.

Dedim, hər gün görüşək, həmdəm olaq, ey dildar.
Dedi, kefdən danışırsan, əcəb işdahin var.

Dedim, hərdən nola dindir məni də, eylə səvab,
Dedi, Allahı sevirsən, eləmə başımı xarab.

Dedim, artıq dözə bilmir bu ürək, rəhm elə, yar,
Dedi, sadiqəsən əgər dözməlisən hicrə, Vüqar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1282 1246 1183 1083 1131 1055

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.