ice berg

ice berg Məsləhətlər 24-04-2023, 13:05

Şarj yuvasını necə təmizləmək olar?

Şarj yuvasını necə təmizləmək olar?
Bir çox smartfon sahibləri şarj yuvasının çirklənməsi kimi problemlə üzləşirlər. Bu zaman cihaz elektrik şəbəkəsinə qoşulduqdan sonra batareya ya doldurulur, ya da doldurulmur. Bəzən isə çox yavaş şarj edilir.

LoaDinG.aZ lent.az-a istinadən bildirir ki, bu səbəblərdən biri şarj yuvasının çirklənməsidir. Telefonun həmin hissəsini təmizləmək üçün xüsusi alətlərə ehtiyac yoxdur.

Əvvəlcə diqqətli davranmaq lazımdır. Bir yöndəmsiz hərəkətlə şarj aləti başlığının daxil olduğu hissə qırıla bilər. Buna görə tələsməmək və diqqətlə işləmək vacibdir.

Əsasən iynə və ya diş çubuğuna ehtiyacınız olacaq. Bunların ətraf hissələrinə az miqdarda pambıq (pambıq ipi) sarılır.

"Pambıq çubuq"la smartfonun çirklənmiş portunu təmizləyir. Bu hərəkətləri bacardıqca yavaş etmək lazımdır. Çox sərt etsəniz smartfonu sıradan çıxara bilərsiniz. Əgər təmizlənmə şarjın doldurulmasına heç bir təsir etmədisə,çox güman ki, telefon mütəxəssislərə göstərilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 566 439 412 438 436

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.