n2006

n2006 Sevgi 24-04-2023, 23:30

Mən sənin xəyallarındakı deyiləm – demədin.

Mən sənin xəyallarındakı deyiləm – demədin.
Göylər övladı!
Sən mənim qəhrəmanım deyilsənmiş...
Sən başqa əsərdəndin...
Mənim qəhrəmanıma nə çox bənzəyirdin sən.
Mən yanıldım, bəs sən niyə susdun.
Mən sənin xəyallarındakı deyiləm – demədin.
Sənin arzuların mən deyiləm – demədin.
Bilirəm, bəlkə də mənim xəyallarım o qədər uzaq və rahat idi ki, sən qərib bir adaya çəkilər kimi qaçdın hər kəsdən, gizlənmək istədin.
Sığınmaq istədin. Sevilmək istədin.

Cəhənnəm kimi işlərimin arasında cənnətim ol, dedin.
Məni sev, bunu bilmək mənə vacibdir - dedin.
Sevildin, ... və sevdin, bacara bildiyin qədər...
Amma bir ilğım kimi yox oldu hər şey... bir nəfəsdə...
Sənin kitabındakı yorucu səhifələr, saxta qəhrəmanlar səni səslədikcə uzaqlaşdın məndən... hey uzaqlaşdın.
Və nəhayət ayıldıq bu şirin yuxudan və gürdük ki, hərəmiz bir sahildəyik, aramızda isə ucsuz-bucaqsız ümmünlar var.
Bir də baxdıq ki yad olmuşuq bir-birimizə – nə mən o mən deyiləm, nə sən o sən...

Sevgi onu dilə gətirə bilərkən güzəldir.
Sevgi onu qoruyarkən əzizdir.
Sevgi sənin olarkən müqəddəsdir.
Əllərinin hərəkətini, baxışlarını, sözlərini yada saldıqca düşünürəm – səni necə sevməmək olardı?
Axı sən bir arzuydun, bir həsrətdin, bir niskildin...
Hər gün və hər an səni unutmaq üçün dua edirəm.
Və hər gün, hər an səni əvvəlkindən daha artıq sevdiyimi anlayıram.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 376 393 343 347 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.