n2006

n2006 özünü 😔 qəmli hiss edir. Şeirlər 25-04-2023, 00:00

Günah...

Günah...
Nə olsun bu yolu sənsiz getmişəm.
Yenədə könlümün davasısan sən.
Görəsən nə böyük günah etmişəm.?
Hansı günahımın cəzasısan sən...

Niyə inanırsan sevgiyə ürək.?
Günahkar deyirlər həmin varlığa...
Sevənlər günahkar olmasın gərək,
Bir sərhəd qoyulsun günahkarlığa...


Qədrimi bilmədi qədir bilməzim.
Bəlkə də nə qədər səhvi var, bilir...
Aldadıb gedəndə günah bilməyən,
Aldanıb özgəsin günahkar bilir...


Bitmiş məhəbbətdə qalsada gözün,
Bir daha geriyə dönə bilməzsən...
O elə təmizə çıxarar özün,
Danışa bilməzsəm, dinə bilməzsən...

Sən qırdın qəlbimi günahsız yerə.
Belə günahkaram yəni gözündə.?
Nə qədər günaha batırdın məni,
O qədər günaha batdın özündə...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
473 485 444 424 422 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.