Gedirəm..
Ayıldım yanımda səni görmədim
Hər ötən xatirə nağıl kimidi.
Bir zaman ömrümə dəyər vermədim
İndi hər dəqiqəm qızıl kimidi.
Sanki həyatımda heç kim olmayıb
Mən kimə güvənim, inanım daha?
Artıq insanlara inam qalmayıb,
Etibar qalmayıb inan Allaha
De görüm heyifin qalmadı məndə?
Heç üzün də yoxdu cavab verərsən
Mən indi bilmişəm gərək sevəndə,
Göz yaşı verərsən, əzab verərsən
Məni həyatımdan tamam silərsən
Qorxma, ürəyimdə qalmamısan sən
Rahat özgəsini sevə bilərsənn
Deyərəm sevgilim olmamısan sən
Sənə zəng etmərəm bir də boş yerə
Kiminlə istəsən yaşa, özün bil
Sevdiyi insanı dəyişənlərə
Nömrəni dəyişmək problem deyil
Gedirəm.. ürəyim getmək istəyir
Ayaqlarım getmir, bəlkə də təksən
Keçmişim geri dön, tələsmə deyir
Gələcək gəl deyir, gecikəcəksən.
Hər ötən xatirə nağıl kimidi.
Bir zaman ömrümə dəyər vermədim
İndi hər dəqiqəm qızıl kimidi.
Sanki həyatımda heç kim olmayıb
Mən kimə güvənim, inanım daha?
Artıq insanlara inam qalmayıb,
Etibar qalmayıb inan Allaha
De görüm heyifin qalmadı məndə?
Heç üzün də yoxdu cavab verərsən
Mən indi bilmişəm gərək sevəndə,
Göz yaşı verərsən, əzab verərsən
Məni həyatımdan tamam silərsən
Qorxma, ürəyimdə qalmamısan sən
Rahat özgəsini sevə bilərsənn
Deyərəm sevgilim olmamısan sən
Sənə zəng etmərəm bir də boş yerə
Kiminlə istəsən yaşa, özün bil
Sevdiyi insanı dəyişənlərə
Nömrəni dəyişmək problem deyil
Gedirəm.. ürəyim getmək istəyir
Ayaqlarım getmir, bəlkə də təksən
Keçmişim geri dön, tələsmə deyir
Gələcək gəl deyir, gecikəcəksən.







