n2006

n2006 Şeirlər 25-04-2023, 13:00

Mən səni unuda bilməyəcəyəm

Mən səni unuda bilməyəcəyəm
“Sən hardan biləsən nə çəkirəm mən”,
Yoxluğun ömrümə bir ağır yükdür.
Yox oldun gözümdən necə qəfildən?
Sənsizlik dərdi nə yaman böyükdür.



Üzür ürəyimi intizar, həsrət,
İtirdim çiçəkli baharda səni.
Səni məndən aldı bu tale, qismət,
İndi mən axtarım bəs harda səni?



Sən mənim gözümün bir damla yaşı,
Heç zaman quruda bilməyəcəyəm.
Xəyalın mənlədir hər addımbaşı,
Mən səni unuda bilməyəcəyəm.



Bir göz qırpımında tərk etdin məni,
Rəsmini saxladım yadigar sənin.
Mən nə varaqlaram artıq dünəni,
Nə hesab edərəm günahkar səni…



Unutdum desəm də bacarmır ürək,
Neyləyim, dəyməyir oxum hədəfə.
Unutdum o qızı artıq deyərək,
Yalançı çıxıram gündə yüz dəfə.



Məndə xatirədir o şəkillərin,
Qatlaya bilmirəm, bükə bilmirm.
Götürmür ürəyin “tərəzisi” də
Bu qədər dərdi tək çəkə bilmirəm.



Nələr çəkdiyimi indi görürsən?
Bilməzdim bu qədər daşürəksən sən.
Cah-cəlal içində ömür sürürsən,
“Sən hardan biləsən nə çəkirəm mən”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
516 475 478 484 487 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.