Ayrılma məndən
Nədənsə sevgilim çox gəldik gözə,
Ayrılıq kəlməsi yaraşmır bizə.
Ürək tab gətirməz birdə bu sözə,
Əlvida söyıəyib ayrılma məndən.
Çəkdiyim əzablar göz yaşımdadı,
Ölümüm fırlanır hey başımdadı.
Daha neçə sınağ gör qarşımdadı,
Əlvida söyıəyib ayrılma məndən.
Biri-birimizi gəl sakit sevək,
Sevgini ürəkdə ikimiz bilək.
Mən sənə, sən mənə gəl hörmət edək,
Əlvida söyləyib ayrılma məndən.
Ruhən ölüb cismən yaşayıram mən,
Çəkdiyim əzabı görmürsənmi sən?
Zəng elə səsini dinləyim hərdən,
Əlvida söyıəyib ayrılma məndən.
“Coşqun” bu şerini yazıb ağladı,
O, ürəyini tək sənə bağladı.
Sənin saf sevginə hörmət saxladı,
Əlvida söyləyib ayrılma məndən.
Ayrılıq kəlməsi yaraşmır bizə.
Ürək tab gətirməz birdə bu sözə,
Əlvida söyıəyib ayrılma məndən.
Çəkdiyim əzablar göz yaşımdadı,
Ölümüm fırlanır hey başımdadı.
Daha neçə sınağ gör qarşımdadı,
Əlvida söyıəyib ayrılma məndən.
Biri-birimizi gəl sakit sevək,
Sevgini ürəkdə ikimiz bilək.
Mən sənə, sən mənə gəl hörmət edək,
Əlvida söyləyib ayrılma məndən.
Ruhən ölüb cismən yaşayıram mən,
Çəkdiyim əzabı görmürsənmi sən?
Zəng elə səsini dinləyim hərdən,
Əlvida söyıəyib ayrılma məndən.
“Coşqun” bu şerini yazıb ağladı,
O, ürəyini tək sənə bağladı.
Sənin saf sevginə hörmət saxladı,
Əlvida söyləyib ayrılma məndən.







