ice berg

ice berg Sevgi 26-04-2023, 01:00

𐍃᧐ᥒ'uncu 𐌽᧐ᴛ'umdan🪐

𐍃᧐ᥒ'uncu 𐌽᧐ᴛ'umdan🪐
Heçnə dəyişmədi səndən sonra..yenə əvvəlki bədbin qadınam..bütün gün qaşqabağlı gəzirəm evdə..bəzən heç danışmıram..yenə unutqan olmuşam..gülümsəməyi unuduram..Artıq yalançı gülüşümə dodaqlarım tab gətirmir.. Zibil! hələ göz yaşlarımı demirəm..bunlar intihar edir belə?! Gözümdən yanağıma tökülməyin nə mənası var axı?!
..Yox...yalan dedim.. Səndən sonra hər şey dəyişdi! Lənətə gələsən! Necə yəni getməliyəm?! Mənsiz olan həyatı necə seçə bilərsən? Axı "sevirdin"..belə deyirdin axı. Heç kimə inanmayam mən necə sənə inana bildim?! Hələ də anlamıram bu qədər gözəl 'yalandan' necə sevmək olar?! Yadlaşmağını istəmirəm.. başqalarına bənzətmək istəmirəm səni. Çıx gəl! Lənətə qalmış o yerdən çıx gəl! Sənin yerini verən yoxdu burda.. Gələn gedən bizi soruşur, dilimə yatmır "getdi" sözü..necə izah edə bilərəm axı bunu?!
Deyəsən heç ağrıtmamışdı gedişin səni..üz cizgilərin dəyişməmişdi.. gözlərində hüzün yox idi.. Ağla demirəm ən azından gözlərin dolmalı idi..axı "sevirdin" məni! Dodaqların dodaqlarımdan nə qədər uzaqda qalıb! Hiss edə bilmirsən dodaqlarıma dəyən göz yaşlarını..
Hərdən düşünürəm mənə dönsən necə siləcəm olub keçənləri..birtəhər udqunuram yaşatdıqlarını.. bəzən ətrinin külək olub hər dəfə darıxanda otağımda gəzməsi keçir içimdən.. Axmağam! o qədər axmağam ki, bir şeirdə başqasıyla təsvirə dönsən yenə də çox sevərəm səni..
Özümü aldadıram..səni unutmaram unuda bilsəmdə.. üzüm gülmür..göz qapaqlarım islanır hər gecə.. Xatirən ağlamaqla keçmir..Nə vaxtsa qayıtsan sevgimi geri gətir...

#sonuncunotumdan

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 566 452 453 485 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.