KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 26-04-2023, 09:30

Bakıda bir sıra kirayə mənzillərin qiyməti iki dəfə artdı

Bakıda bir sıra kirayə mənzillərin qiyməti iki dəfə artdı
Bakıda bir sıra kirayə mənzillərin qiyməti iki dəfə artdı
Bakıda bir sıra kirayə mənzillərin qiyməti iki dəfə artdıAprelin 28-də Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi başlayacaq.

Bununla əlaqədar olaraq mərkəzdə və mərkəzə yaxın yerlərdə hotellərin və günlük kirayə verilən mənzillərin kirayə haqları bahalaşıb.

Məsələ ilə əlaqədar əmlak eksperti Ramil Qasımzadə Trend-ə bildirib ki, əsasən "Formula-1" yarışını izləmək mümkün olan mənzillərin günlük kirayəsi iki dəfə bahalaşıb.

"Kirayə qiymətlərinin bahalaşması müvəqqətidir. Mənzillərin günlük kirayəsi 300-500 manat arası dəyişir. Adi günlərdə isə bu mənzillərin qiymətləri 100-150 manat arasında dəyişir. Bunun da əsas səbəbi mövcud yarışlarla əlaqədar ölkəyə turist axınıdır. Çünki xarici turistlər əsasən yarışların keçirildiyi tribunalara bilet alırlar. Yarış bitən kimi qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq", - deyə ekspert qeyd edib.

Azərbaycan Hotel Assosiasiyasından isə Trend-ə bildiriblər ki, "Formula-1" yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub.

"Yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri hotellər daha çox turist qəbul edib. "Formula-1" trekindən məsafəcə bir az aralı olan hotellərin də 70%-dən çoxu dolub. Bu, mövsüm üçün çox yaxşı göstəricidir. Bir qədər kiçik hotellərdə də sıxlıq var. "Formula-1" bahalı idman növüdür və onun azarkeşləri də adətən maddi baxımından imkanlı adamlardır. Bu baxımdan turistlər daha çox yüksək komfortlu, mərkəzdə yerləşən və şəbəkə hotellərə üstünlük verirlər. Hotelləri bron edənlər əsasən Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, ABŞ və Avropa ölkələrinin vətəndaşlarıdır. "Formula-1" yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılmasına, o cümlədən turizmin inkişafına dəstək vermir deye bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 449 345 313 379 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.