HASANLY

HASANLY İdman 28-04-2023, 13:23

Kevin Maqnussen: “Bakı trekində baş verəcəkləri səbirsizliklə gözləyirəm”

Kevin Maqnussen: “Bakı trekində baş verəcəkləri səbirsizliklə gözləyirəm”
“Bakı trekində baş verəcəkləri səbirsizliklə gözləyirəm”.

Loading.Az-ın məlumatına görə, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Haas” komandasının pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

31 yaşlı sürücü sprint yarışında edilən yeniliklərin azarkeşlərə daha həyəcanlı təcrübə yaşadacağını söyləyib:

“Qran-prinin asan olacağını düşünmürəm və müəyyən mənada təzyiq də hiss edirəm”.


“Mclaren”in pilotu Lando Norris isə Azərbaycana texniki yeniliklərlə gəldiklərini vurğulayıb:

“Ümid edirəm ki, həftəsonunu yaxşı xallarla başa vuracağıq. Hazırkı format sprint yarışı üçün daha yaxşıdır. Biz də maksimum nəticə əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, bu gün “Formula-1”də sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Bakıda əsas yarış aprelin 30-da baş tutacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 430 445 494 464 464

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.