n2006

n2006 Şeirlər 28-04-2023, 17:00

“Nəyinə lazım…”

“Nəyinə lazım…”
Gəlib gizlin-gizlin baxma uzaqdan,
Necəyəm, nə cürəm nəyinə lazım.
Biz ki ayrılmışıq, özüdə çoxdan,
Dərdliyəm,kefliyəm nəyinə lazım…

Soruşma halımı tanışlarımdan,
Ağlayıb, gülmüşəm nəyinə lazım.
Sən məni sil təmiz xəyallarından,
Saçlarım ağarıb nəyinə lazım…

Günahı məndə gör, təsəllin olsun,
Günahkar birisi nəyinə lazım.
Qismətim olmayan,yadları n olsun,
Mən təkəm, ya cütəm nəyinə lazım…

Görsənmə gözümə, görməyim səni,
Bir şey dəyişməzki nəyinə lazım.
Qəlbimdən, hissimdən silmişəm səni,
Ölmüşəm, qalmışam nəyinə lazım…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
564 571 535 463 494 535

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.