KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 29-04-2023, 10:00

Ağ yellər

Ağ yellər
Ağ yellər mürəkkəb meteoroloji hadisədir və havanın aşağı nisbi rütubətinin (30%-dən az) , havanın yüksək temperaturunun ( 25 C-dən yuxarı) , küləyin böyük sürətinin (5 m/san-dən çox) birgə təsiri ilə xarakterizə olunur.Belə kompleks amillər yüksək buxarlanmaya səbəb olur ki, bu da bitkilərin su balansının pozulmasına gətirib çıxarır. Nəticədə kənd təsərrüfatı bitkilərinə öldürücü ziyan dəyir, məhsuldarlıqları aşağı düşür. Ağ yellər bitkiçiliyə mənfi təsir edən əsas amillərdəndir. Onların geniş şəkildə öyrənilməsinə keçən əsrin əvvəllərində başlanmış və sonrakı dövrlərdə inkişaf etdirilmişdir. Bu sahənin inkişafında kemiş SSRİ alimlərinin qatqısı çox mühim rol oynayır. Ağ yel kimi təhlükəli hadisəyə qarşı mübarizə tədbirlərinin görülməsi üçün onların təsir gücünü və coğrafi arealını müəyyənləşdirmək lazımdır.

Azərbaycanda Kür-Araz ovalığı, Naxçıvan MR ərazisinin 1500 metr yüksəkliyi olan ərazilərdə, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində müşahidə edilir. Bu hava axını ölkəmiz üçün yerli hava kütlələrindən biridir. Onlar əsən zaman temperature 35°-40° C-yə qədər artır, hətta bəzi hallarda daha çox olur. Xarakterik olaraq nisbi rütubət 15-30%-ə qədər azalır. Onların sürəti 15-10 m/san olur. Fiqurovski Azərbacana qızmar və quru havaların Orta Asiya səhraları və tropiklərdən gəldiyini güman etmişdir. Xəzər dənizi üzərindən keçərkən qızmar səhralardan gələn bu hava axınları öz fiziki xassələrini o qədər də dəyişə bilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 461 448 499 497 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.