KiBirLi_PrenS.

KiBirLi_PrenS. Şeirlər 29-04-2023, 14:30

Bir setrem var dunyada

Bir setrem var dunyada
Bəzən yad gəlir buralar,

Ağaclar, dənizlər, çaylar.

Hanı deyilən doğmalar?

Gəlib gördüm tək qalmışam.



Bu nə yoldu, yerdə min-min,

Halalını seçmək çətin.

Sevgi niyyət, Tanrı zikrim,

Eşq oduna qalanmışam.



Zamana ömür borcluyam,

Həm savablı, həm suçluyam.

Dünyanın iki ucuyam,

Bilməm harda dayanmışam.



Bizi ötürən dünyada,

Həsrət bitirən dünyada,

Bircə sətirəm dünyada,

Min sirr ilə boyanmışam.



Mənəm sevən, mənəm seçən,

Eşqi öz boyuna biçən.

Tanrını sevdim, gedəcəm,

Yol üstündə dayanmışam.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
487 487 379 483 458 441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.