Azer2

Azer2 İdman 29-04-2023, 13:53

Süni intellekt "Real"a Benzema üçün əvəzləyici seçdi

Süni intellekt "Real"a Benzema üçün əvəzləyici seçdi
İspaniyanın "Marca" nəşri "Real"da Kərim Benzemanı əvəz edəcək mükəmməl hücumçu tapmaq üçün süni intellekt araşdırması aparıb .

Əvəzedici oyunçu axtarışında süni intellekt Olocipdən istifadə edilib. İspan nəşri iddia edir ki, bu, konkret komandada istənilən oyunçunun çıxışını təqdim etməyə imkan verən yeganə texnologiyadır. Benzema üçün potensial əvəzləyici tapmaq üçün əsas meyarlar bunlar idi: oyunçu təmiz “doqquz” nömrə olmalı və 21 yaşından yuxarı olmamalıdır. Nəzərə alınan bütün oyunçular 0-dan 100-ə qədər qiymətləndirilib.

Süni intellektə görə ən yaxşısı 92 balla “Benfika”nın hücumçusu Qonkalo Ramos olub . İkinci yerdə 88 balla “Reyms”in hücumçusu Folarin Baloqun qərarlaşıb. “Monpelye”nin futbolçusu Elie Vai 80 xalla ilk üçlüyü tamamlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 371 351 377 410 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.