n2006

n2006 Şeirlər 29-04-2023, 19:00

“Mən səni sevərək tərk edəcəyəm”

“Mən səni sevərək tərk edəcəyəm”
Deyəsən, araya bir soyuq düşüb,
Bu qəmli payızın qəm günündəyəm.
Artıq ayrılığın vaxtı yetişib
Mən səni sevərək tərk edəcəyəm !

Əlinin istisin əlimdə tutdum,
Səni xəyal edib qəlbi ovutdum,
Tək səni sevdim, səni yaşatdım,
Mən səni sevərək tərk edəcəyəm !

Qəlbi dərd də alsa, gözlər də dolsa,
Ayrılıq həsrətdən saçı da yolsa,
Dərdimin dərmanı tək səndə olsa,
Mən səni sevərək tərk edəcəyəm !

Ayrılıq güc gəldi, özünü öyər
Sevmədən bir olmaq, de, nəyə dəyər ?!
Sevərək tərk etmək mümkünsə əgər,
Mən səni sevərək tərk edəcəyəm!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
685 556 519 591 543 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.