KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-05-2023, 15:30

Messi Səudiyyə Ərəbistanına icazəsiz gedib

Messi Səudiyyə Ərəbistanına icazəsiz gedib
PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına səfər etmək üçün baş məşqçi Kristof Qaltye və idman direktoru Luis Kamposdan icazə almayıb.

35 yaşlı hücumçu Fransa Liqa 1-in XXXIII turunda "Loryan"a məğlubiyyətdən (1:3) sonra Asiya ölkəsinə uçub. Paris təmsilçisi sözügedən qarşılaşmada qələbə qazanılacağı halda oyunçulara birgünlük istirahət vəd edib. Ancaq məğlubiyyətdən sonra bu, ləğv olunub. Bu səbəbdən komanda bazar ertəsi məşqə çıxıb. Futbolçuların bəziləri Messinin gedişinə görə şoka düşüblər.

Argentinalının PSJ ilə müqaviləsi bu yay başa çatır. Bu mövsüm hücumçu komandanın heyətində bütün yarışlarda 37 oyun keçirib, 20 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 477 389 440 389 374

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.