sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 4-05-2023, 07:00

Hamburgeri evdə hazırlayın – RESEPT

Hamburgeri evdə hazırlayın – RESEPT
Kiçikdən-böyüyə çoxlarının sevimli yeməyi hamburger hazırlamaq istəyirsiniz? LoaDinG.Az -ın təqdim etdiyi bu reseptlə evdə, tam sağlam şəkildə hamburgerinizi hazırlaya biləcəksiniz.



Lazım olan ərzaqlar:

Çəkilmiş mal və ya toyuq əti

1 ədəd soğan

2 ədəd pomidor

Xiyar turşusu

1 çay stəkanı süd

Yarım dəstə cəfəri

1 çay qaşığı xardal

Duz, qara və qırmızı istiot

Ketçup

Kahı

Mayonez

Holland pendiri

Hamburger çörəyi



Hazırlanması:

Bir qabın içərisinə çəkilmiş mal və ya toyuq əti, əzilmiş çörək, süd, xardal, duz, ədviyyat, xırda doğranmış cəfərini, soğanı əlavə edib yoğurun. İçlikdən hamburger küftələri hazırlayıb qızardın.

Hamburger çörəyinin içərisinə mayonez, ketçup vurub qızartdığınız küftələri əlavə edin. Daha sonra pomidor, xiyar turşusu, zövqə görə soğan, Holland pendiri, kahı qoyub yeyə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
507 599 486 538 461 515

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.