HASANLY

HASANLY İdman 5-05-2023, 15:44

“Sabah” - “Beşiktaş”: Biletlərin satışa çıxarılacağı tarix və istanbulluların Bakıya səfər planı

“Sabah” - “Beşiktaş”: Biletlərin satışa çıxarılacağı tarix və istanbulluların Bakıya səfər planı
Bakıda “Sabah”la xeyriyyə oyunu keçirəcək “Beşiktaş”ın Azərbaycana səfər planı məlum olub.

Paytaxt klubundan verilən məlumata görə, İstanbul təmsilçisi matçdan bir gün öncə - mayın 12-də, axşam saatlarında Bakıya gələcək.

Şenol Güneşin komandasının oyunöncəsi məşqi nəzərdə tutulmayıb. “Qara qartal” qarşılaşmadan dərhal sonra geri qayıdacaq.

Matç üçün biletlər isə bu gün axşam saatlarında satışa çıxarılacaq. Ən ucuz bilet beş manata olacaq.
Mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” - “Beşiktaş” matçı saat 18:00-da start götürəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 410 431 349 468 322

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.