n2006

n2006 Mətbəx 6-05-2023, 19:30

Kipr kotleti necə hazırlanır?

Kipr kotleti necə hazırlanır?
Ətli yeməklər ölkəmizdə kifayət qədər çox sevilir. Təsadüfi deyil ki, həm milli mətbəximizin ətli yeməkləri, həm də əcnəbi kulinariya nümunələri bizim mətbəxdə geniş istifadə olunur. Bunu nəzərə alaraq, bu gün oxucularımıza Kipr kotleti reseptini təqdim edirik:



Tərkibi:

1 kq. kartof

1 ədəd soğan

200 qr. üyüdülmüş ət

1 ədəd yumurta

3 dilim bayat çörəyin içi

Duz

Quru nanə

Kimyon

Zeytun yağı



Hazırlanması:

Kartofu suda 10 dəqiqə bişirin, daha sonra qabığını soyun. Rəndənin xırda gözlü tərəfindən keçirin. Soğanı da rəndələyin və kartofla birlikdə bir süzgəcin içərisinə tökün. Suyu süzüldükdən sonra soğanla kartofu böyük bir boşqaba tökün. Əti, yumurtanı, ovulmuş çörəyi, duzu və ədviyyatları bu qarışığa əlavə edib yoğurun. Qoz böyüklüyündə hissələr qoparıb yumru kotlet halına gətirin.

Zeytun yağını tavaya töküb qızdırın və kotletlərin hər iki tərəfini yaxşıca qızardın. İsti və ya ilıq şəkildə süfrəyə verin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 478 447 410 423 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.