amon

amon İdman 7-05-2023, 11:19

“Real Madrid” İspaniya Kubokunun qalibi olub

“Real Madrid” İspaniya Kubokunun qalibi olub
“Real Madrid” 20-ci dəfə İspaniya Kral Kubokunu qazanıb.

“Loading.Az” xəbər verir ki, Madrid klubu turnirin həlledici oyununda “Osasuna”ya qalib gəlib. Sevilyadakı "Olimpiko de Sevilya-La Kartuxa" stadionunda keçirilən görüş "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin heyətində Rodriqo dubla imza atıb. “Osasuna”nın yeganə qolunu Lukas Torro vurub.

“Real Madrid” üçün bu qələbə İspaniya Kubokunda 20-ci olub. Turnirdə qazanılan kubokların sayına görə Madrid üçüncü yerdədir.

Qeyd edək ki, Madrid klubu 2014-cü ildən sonra ilk dəfə ölkə Kubokunu qazanıb.

Turnirdə qələbələrin sayına görə rekordçu 31 kubok qazanan “Barselona”dır. Siyahıda ikinci yerdə 23 qələbəsi olan “Atletik Bilbao” qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 431 441 402 394 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.