n2006

n2006 Mətbəx 7-05-2023, 15:30

Qarabaşaqlı toyuq belə hazırlanır

Qarabaşaqlı toyuq belə hazırlanır
Bu yemyin müəllifləri iddia edirlər ki, toyuğun şirəsində dəmlənən qarabaşağın möhtəşəm dadı olur, toyuq ətinin xmeli-suneli ədviyyatı, Holland pendiri ilə tandemi həm qidalıdır, həm də dadlı. Beləliklə, LoADiNG.Az dadı damağınızdan getməyəcək ləziz qarabaşaqlı toyuq yeməyinin reseptini təqdim edir:



İnqrediyentlər:

Orta ölçülü 1 ədəd toyuq

2 stəkan qarabaşaq

Pendir 100-150 qram

Xama 2-3 xörək qaşığı

Soğan – 1 ədəd

Sarımsaq – 2-3 diş

Xmeli-suneli ədviyyatı – 1 çay qaşığı

Duz

Bitki yağı 1 xörək qaşığı



Hazırlanması:

İki stəkan yuyulmuş qarabaşağı yağlanmış soba tavasına tökün. Üzərinə xırda doğranmış 1 ədəd baş soğan, 2-3 diş xırdalanmış sarımsaq əlavə edin.

Toyuğu tikələrə bölün, duz, istiot, 1 çay qaşığı xmeli-suneli ədviyyatı əlavə edin.

Toyuğa xama çəkin. Üzərinə 1-1,5 stəkan su tökün.

Üzəri üçün Holland pendirini sürtgəcdən keçirin.

Xörəyi 1 saat sobada bişirin. Xörəyin üzəri qızılı rəngdə olmalıdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
415 408 377 420 363 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.