n2006

n2006 Mətbəx 9-05-2023, 17:00

Şokoladlı dondurmanı belə hazırlayın

Şokoladlı dondurmanı belə hazırlayın
Yay aylarında dondurmadan çox istifadə olunur. Məhz buna görə də dondurmanın necə hazırlanması heç də az maraq doğurmur. Beləliklə, bu yazıda sizi şokoladlı dondurma resepti ilə tanış edəcəyik.



Tərkibi:

1 stəkan qaymaq (istənilən qaymaqdan istifadə edə bilərsiniz), 100 qr. Şokolad, 3 yemək qaşığı şəkər tozu, 2 yemək qaşığı kakao, 1 stəkan süd, 2 ədəd yumurta sarısı.



Hazırlanma qaydası:

Qazana 1 stəkan qaymaq (qatı, duru fərqi yoxdur) tökürük, qaymaq qaynama dərəcəsinə gələnə qədər qızdırırıq, ancaq qaynatmırıq. Sonra 100 qr şokolad hissələrə bölünür (istəyə uyğun südlü və ya tünd rəngli ola bilər) və qızdırılan qaymaq şokoladın üzərinə tökülərək, şokolad tam əridilir. Hazırladığımız qarışımı bir kənarda gözlədirik.

Bir kənarda digər qazana 3 yemək qaşığı şəkər tozu və 2 yemək qaşığı kakao əlavə edib, qarışdırır, üzərinə 2 yumurta sarısı, 1 stəkan süd tökürük. Qazanı ocağa yerləşdirib, az təzyiqdə qaynayana qədər qarışdırırıq. Qaynadandan sonra üstünə hazırlanan qarışım əlavə olunur, təkrar qaynayana qədər təkrar qarışdırılır.

Qaynayandan sonra ocaqdan götürülür və bir neçə dəfə qarışdıraraq otaq temperaturuna gələnədək gözləyirik. Daha sonra saxlama qabına əlavə edir, donması üçün soyuducuya qoyuruq. Bir neçə saatdan sonra isə dondurma hazırdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 579 506 442 531 467

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.