n2006

n2006 Ana və uşaq 10-05-2023, 08:00

Yaxşı valideyn olmaq üçün…

Yaxşı valideyn olmaq üçün…
Uşaqlarınızı daha yaxından tanımaq istəyirsinizmi? Ya da onlara daha çox kömək etmək istəyirsinizmi? Elə isə yaxşı müşahidəçi olmalısınız. Üstəlik, hər şeydən əvvəl bilməlisiniz ki, uşaqların hər bir hərəkəti və ya hər bir reaksiyası müəyyən bir məna daşıyır. Ümumiyyətlə, uşaqların hərəkətləri onların xarakterlərinin təzahürüdür. Böyüklərdən fərqli olaraq, onların hissləri və düşüncələri hərəkətləri ilə üst-üstə düşür. Yəni, onlar necə hiss edirlərsə, ya da necə düşünürlərsə, elə də hərəkət edirlər. Bir sözlə, uşaqların hərəkətlərində müşahidə etdiyimiz məqamlar müəyyən mənada onların xarakterlərinin də ifadəsidir. Ancaq unutmaq olmaz ki, uşaqlar hər gün yeni bir şey öyrənirlər və bu da onların hərəkətlərinə təsir göstərir.

Təcrübələr göstərir ki, uşaqlarının hərəkətlərini yaxşı müşahidə edə bilən valideynlər onları daha yaxşı başa düşürlər. Nəticədə, onlar arasındakı dialoq da yüksək səviyyədə olur. Belə valideynlər hər hansı bir hadisəyə uşaqlarının verdikləri reaksiyanı gəlişigözəl qəbul etmirlər. Onlar öz həssaslıqları ilə uşaqlarına qiymət verdiklərini də sübut edirlər. Uşaqlar da yaşlarının az olmasına baxmayaraq, valideynlərinin onlara verdikləri bu qiyməti yaxşı başa düşürlər. Valideynlərinin diqqəti ilə əhatə olunan uşaqlar yaşıdları ilə müqayisədə daha az problemlə qarşılaşırlar. Ona görə də, yaxşı müşahidəçi olmaq və uşaqlarının hər bir hərəkətini müşahidə edərək nəticə çıxarmaq hər bir valideynin borcudur. Bunun üçün valideynlər həm müntəzəm olaraq kitab oxumalı, həm də müntəzəm olaraq mütəxəssislərlə məsləhətləşməlidirlər…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
472 434 452 482 411 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.