Ulya

Ulya Şeirlər 31-07-2017, 13:30

Zaman məni əsir alsın

Zaman məni əsir alsın
Zaman məni əsir alsın


Dəymə, burax zaman məni asir alsın,
Əsir alsın buraxmasın,
İllər sonra yaxınlarım qoy qocalsın,
Qocalmayan özüm qalım.

Mən zamanın zindanında,
İllər boyu xoşbəxt olum.
Əgər bir gün orda ölsəm,
Burax məni xöşbəxt ölüm.

Bu dünyadan bezmişəm mən,
Hər gün kədər, hər gün zillət.
Vallah ömrüm gedir hədər,
Bu dünyada qalmaqdansa,
Zaman məni əsir alsın.


O zindanda qoy tək qalım,
Qəm-kədərdən uzaq olum.
İllər boyu orda qalım,
Bu dünyadan düşməz yolum!

İnsanlara bu əlimi uzatdıqca,
"Yardım" deyib ağladıqca,
İnsanların ucbatından, hər gün bir az qocaldıqca
Zaman məni əsir alsın.


O zindanda tək qaldıqca,
Yardım ummam heç bir kəsdən
Uzaq olmaq istəyirəm,
Hər gün mənə kədər verən,
Bu qəlbimi qıran səsdən.


Nəysə, zaman, apar məni,
Bu dünyadan qopar məni.
Xoşbəxtliyin zindanına, öz əlinlə
Sən at məni!!!



Redaktə etdi: MiracLe..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
644 651 609 632 608 563

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.