20 dəqiqəyə hazırlanan "lavaş pizza"
LoaDinG.aZ 20 dəqiqə ərzində lavaşdan hazırlanan pizza reseptini təqdim edir.
Lazım olan ərzaqlar:
nazik lavaş - 2 əd.
Holland pendiri - 100-150 q.
Pomidor - 1 əd.
kolbasa - 200 q.
ketçup - 3 çay qaşığı.
Mayonez - 3 çay qaşığı.
HAZIRLANMASI:
Ilk öncə bişirmə qabını bitki yağı ilə yaxşıca yağlayırıq. Pizzanın bazasını hazırlamaq üçün bişirmə qabına bir qat lavaş düzürük. Pendir səpib mayonezlə yağlayıb üzərinə yenə lavaş düzürük. Bunu 3 dəfə təkrar edərək pizzanın baza hissəsini hazırlamış oluruq.

Bazanı sousla yağlamaq üçün ilk öncə sousu mayonezlə qarışdıraraq bazanın üzərinə bərabər paylaşdırırıq. Mayonezi xama ilə əvəz etmək olar.

İstənilən içlikdən zövqünüzə görə istifadə edə bilərsiniz. Kolbasanı,pomidoru nazik dilimləyərək hazırlanmış pizzanın bazasına qoyuruq, zövqə görə bibər , zeytun və s əlavə etmək olar. Ən sonda üzərinə rəndələnmiş holland pendiri səpirik və bişməsi ücün sobaya qoyuruq.