KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 13-05-2023, 19:30

HEYDƏR ƏLİYEV. BAHARIN YÜZÜNCÜ ANI" filminin təqdimatı oldu

HEYDƏR ƏLİYEV. BAHARIN YÜZÜNCÜ ANI" filminin təqdimatı oldu
Mayın 12-də Park Cinema Flame Towers kinoteatrında müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr olunan "Baharın yüzüncü anı" filminin ictimai təqdimatı keçirilib. "AysMed" klinikasının sifarişi ilə hazırlanan film müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və Ümummilli liderin ölkəmizdə səhiyyənin, tibb təhsilinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edir. Film boyu Heydər Əliyevin səhiyyə ilə bağlı kəlamları, maraqlı arxiv kadrları, habelə məşhurların bu böyük şəxsiyyətə dair kəlamları yer alıb. Milli Məclisin Səhiyyə komitəsinin üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, Rəşad Mahmudov, Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva, uzman həkimlər Rəqsanə Cəlilova, Hürü Rəhimova, Elşən Tağıyev, Gülnarə İsmayılova milli səhiyyəmizin öndərinə dair xatirələrini səmimi şəkildə tamaşaçılarla bölüşürlər.

"Səhiyyə işçiləri, sizin peşəniz elə bir peşədir ki, hər insana lazımdır və dünyanın hər yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir"- kəlamının müəllifi Heydər Əliyevin ən böyük xoşbəxtliyinin adı Azərbaycan idi. Memarı olduğu, övladı tək üzərində əsdiyi, əmək verdiyi, hər qarışına aşıq olduğu Azərbaycan!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 371 331 362 351 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.