n2006

n2006 Mətbəx 15-05-2023, 10:00

Tiffani salatı necə hazırlanır?

Tiffani salatı necə hazırlanır?
LoaDinG.Az bu gün sizə tiffani salatının resepti ilə tanış edəcək.



Tərkibi:

500 qr toyuq sinəsi, 5 yumurta, 100 qoz, 200 qr holland pendiri, üzüm, xama, mayonez, duz, 1 çq karri (hind ədviyyatıdır) , 2 xq bitki yağı



Hazırlanma qaydası:

Toyuğun sinə ətini doğrayıb bitki yağında qızardırıq. Duzu və karrini qızartdığımız toyuq ətinə əlavə edirik. Sonra qozu doğrayırıq, yumurtaları və pendiri sürtgəcdən keçirib salatımızı hazırlayırıq. Boşqaba xama və mayonez çəkib ilk qata toyuğun döş ətini əlavə edirik. İkinci qata yumurtanı düzürük. Hər qata ərzaqdan əvvəl xama ilə mayonez çəkmək lazımdır. Üçüncü qata isə pendiri əlavə edib mayonez və xama vurub üzümləri düzürük. 2 saat soyuducuda saxlayıb servis edirik.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 400 415 370 397 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.