n2006

n2006 Mətbəx 17-05-2023, 17:00

Tiramisu şirniyyatını belə hazırlayın

Tiramisu şirniyyatını belə hazırlayın
Şirniyyat yəqin yeganə qida növüdür ki, onu həm depressiyada olanda, həm də çox xoşbəxt olduğumuz anlarda yemək istəyirik. Bəzi şirniyyatlar vardır ki, çox sevsəniz də düşünürsünüz ki, onu evdə hazırlamağınız mümkün olmaz.


Ərzaqlar

4 ədəd yumurta

100 qr şəkər tozu

500 qr Maskarpone (italyan pendiri)

250 qr (təxminən 34 ədəd) “Дамские пальчики”

350 ml qəhvə

Kakao

2-3 x/q şirin şərab (zövqə görə konyak, likör də istifadə edə bilərsiniz)

Tiramisu üçün şəkil nəticəsi

Birinci yumurtaların ağını sarısından ayırırıq. Daha sonra yumurtanın sarısı ilə şəkər tozunu mikser vasitesilə qarışdırırıq. Daha sonra Maskarpone pendirini əlavə edib qarışdırmağa davam edirik.

350 ml suya təxminən 4 çay qaşığı qəhvə əlavə edib qarışdırın. İstəyə uyğun olaraq buraya şirin şərab, konyak əlavə edə bilərsiniz. Hazır olan qəhvəyə çubuqları salırıq. Amma çox saxlamamağa diqqət edin ki, qırılmasınlar.

Qəhvədə isladılmış çubuqları ölçüsü 17×25 sm olan qaba düzürük. Üzərinə hazırladığımız qarışımın bir hissəsini tökürük. Üstünə yenidən qəhvədə isladılmış çubuqları düzürük. Qabda qalan qarışımı yenidən çubuqların üzərinə tökürük. Soyuducuya qoyub 5-6 saat saxlayırıq.

Tiramisunu soyuducudan çıxartdıqdan sonra üzərinə kakaonu ələyirik. Doğrayarkən ehtiyatlı olun ki, içərisi qat-qat qalsın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 448 404 419 388 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.