Azer2

Azer2 İdman 17-05-2023, 15:32

Ançelotti: "Qol vursalar, qoy ilk dəqiqələrdə olsun"

Ançelotti: "Qol vursalar, qoy ilk dəqiqələrdə olsun"
“İlk oyundan sonra yaxşılaşdırmalı olduğumuz işlər var. İnanılmaz motivasiyadayıq. Çətin olacağını bilirik. Amma ümid edirəm ki, bu, ən yüksək səviyyədə oynamağımıza kömək edəcək. Keçən mövsümdə olduğu kimi, daha bir vacib hədəfə çatmağa yaxınıq”.
Bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə cavab oyunu öncəsi deyib.

O, daha sonra bildirib: “Biz təkcə Haaland haqda düşünmürük. De Bruyne, Gündoğan, Mahrez var. Çətindir. Qol vursalar, qoy ilk dəqiqələrdə olsun".

Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Siti" - "Real" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
333 364 320 309 335 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.