“Real” finala yüksəldi
Avroliqanın “Dördlər finalı”nda həlledici matçda qarşılaşacaq komandalar müəyyənləşib.
Take.Az xəbər verir ki, finalda “Olimpiakos” və “Real” üz-üzə gələcək.
İlk yarımfinalda yunan klubu “Monako”nu mübarizədən kənarlaşdırıb. Xüsusilə, 3-cü periodu 27:2 hesabı ilə üstün başa vuran “Olimpiakos” həm də turnirin rekorduna imza atıb.
Digər yarımfinalda isə “El Klassiko” baş tutub. “Barselona” favorit göstərilsə də, Madrid klubu əzmkar qələbə qazanıb.
Qeyd edək ki, həlledici oyunlar Kaunas şəhərində keçirilir.
Dördlər finalı
Yarımfinal
"Olimpiakos" - "Monako" - 76:62
"Barselona" - "Real" - 66:78







