ice berg

ice berg Xəbərlər 23-05-2023, 07:00

"İncil"in gizli mətni tapıldı

"İncil"in gizli mətni tapıldı

"İncil"in gizli mətni tapıldıAvstriya Elmlər Akademiyasının tarixçiləri ultrabənövşəyi şüalar vasitəsilə "İncil"in öncələr elmə məlum olmayan yeni mətnini tapıblar. Yeni tapılmış qədim mətnin 1500 yaşı var.

LoaDinG.aZ'ın xəbərinə görə, bu barədə "New Testament Studies" jurnalında məlumat verilib.

Yeni tapılmış mətn Vatikanın arxivində qorunan Matvey "İncili"nin 12-ci bölümünün yazıldığı səhifədə, məlum mətnlərin altında gizlədilibmiş.

Qədimdə kağız qıtlığı olduğuna görə, insanlar bir mətni digər mətnin üzərində yaza bilirdilər. Nümunə üçün qeyd edək ki, intibah dövründə eyni kətan parçasının üzərində də bir neçə rəsm əsəri çəkilirdi. Müasir dövrdə qədim əlyazmaların alt qatları ultrabənövşəyi şüalar vasitəsilə tapılır.

Avstriyalı alimlərin tapdığı mətnin üzərində 3 əlavə mətn yazılıbmış.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
308 309 340 333 297 271

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.