Hitlerin doğulduğu evdə insan haqları təhsili veriləcək
Hitlerin Avstriyanın Braunau-am-İnn şəhərində doğulduğu ev 2019-cu ildə alınan qərarla polis bölməsinə çevrildikdən sonra təhlükəsizlik qüvvələrinə insan haqları sahəsində təlim keçiləcəyi açıqlanıb.
LoaDinG.aZ xəbər verir ki, bu barədə mətbuata Oliver Rathkolb açıqlama verib.
Rathkolb bildirib ki, Hitlerin doğulduğu evin taleyi ilə bağlı keçirilən rəy sorğularında əhalinin 53 faizi bu evin anti-nasist dünyagörüşü qurumuna çevrilməsi lazım olduğunu, 23 faizi isə qanuni şərtlərə görə binanın sökülə bilməyəcəyini bildirib.
2026-cı ildə polis bölməsi kimi istifadə ediləcək binanın hər iki istiqamətdə xidmət göstərəcəyini qeyd edən Rathkolb, "Yuxarı Avstriya əyalətindəki polislər gələcəkdə burada insan haqları sahəsində təhsil alacaqlar. Bura həm də açıq olacaq",- deyə bildirib.