ice berg

ice berg Gözəllik 14-05-2023, 17:52

Gözəlləşmək üçün bunları etməyin

Gözəlləşmək üçün bunları etməyin
"TikTok" platformasında təəccübə səbəb olacaq gözəllik sirləri yayılıb.

LoaDinG.Az xarici KİV-ə istinadla xəbər verir ki, sosial platforma istifadəçiləri kosmetoloji vasitə kimi tərkibində menstrual qan olan üz maskalarına üstünlük verdiklərini açıqlayıblar. Bu da bir çoxlarını narahat edib.

Dermatoloqlar menstrual maskanın dəriyə qulluq üçün steril üsul olmadığını dilə gətiriblər. "QİÇS"ə və ya cinsi xəstəliklərə yoluxmuş qadınların virusları dərilərinə ötürə biləcəyinə dair ehtimallar da var.

Dermatoloqlar onu da deyiblər ki, tərkibində qan yox, süd olan maskalardan istifadə etmək lazımdır. Hətta qanından özünə cavanlaşdırıcı məhsullar hazırlatdıran futbolçu Devid Bekhamın arvadı Viktoriya Bekhamın da etdiklərinin yanlış olduğunu vurğulayıblar.

Bundan əlavə, qoyun qığından hazırlanan və üzü cavan saxlayan məhsullardan istifadə edən məşhurlar arasında müğənni Harri Staylz, iş qadını Kim Kardaşyan və həmçinin, Viktoriya Bekham da var. Onlar 500 dollar ödəyərək kosmetoloq yanında prosedur keçirlər.

Qeyd edək ki, bu cür qəribə üsulları yoxlayıb "TikTok"da insanlarla bölüşən az deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 472 396 421 401 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.