HASANLY

HASANLY İdman 26-05-2023, 12:45

“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqəni təmin etdi: “Liverpul” kənarda qaldı

“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqəni təmin etdi: “Liverpul” kənarda qaldı
İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyun keçirilib.

Loading. Az Oxu.Az-a istinadən xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Çelsi”ni qəbul edib.

Matç “qırmızı şeytanlar”ın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1. Karlos Kazemironun hesabı açdığı qarşılaşmada “Mançester Yunayted”in digər qollarını Antoni Marsyal, penaltidən Brunu Fernandeş və Markus Reşford vurublar. “Çelsi”də isə Joau Feliks fərqlənib.
Qələbə sayəsində xalını 72-yə çatdıran “Mançester Yunayted” “Nyukasl”ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib. Erik ten Haqın komandası bununla da Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib. Eyni zamanda “Liverpul”un qitənin bir nömrəli klub turnirindən kənar qalacağı dəqiqləşib. Hazırda 66 xalı olan “qırmızılar” 4-cü “Nyukasl”dan 4 xal geri qalırlar və qalan bir matçda bu fərqi aradan qaldırmaq mümkünsüzdür.

Uğursuz mövsüm keçirən “Çelsi”yə gəlincə, komanda 43 xalla 12-cidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
459 415 406 406 423 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.