n2006

n2006 Mətbəx 16-05-2023, 13:34

Badımcanlı kükünü belə hazırlayın

Badımcanlı kükünü belə hazırlayın
bu gün sizə badımcanlı kükünün reseptini təqdim edəcəyik.



Tərkibi:

Badımcan – 1 kq

Soğan – 2 ədəd

Qoz – 200 qr

Yumurta – 3 ədəd

Duz, istiot – zövqə görə


Hazırlanması:

Soğan və badımcanı ayrıca ətçəkən maşında çəkirik. Sularını sıxırıq, yenə ayrıca. Tavaya bitki yağı töküb qızdırırıq və soğanı, daha sonra badımcan və qozları qızardırıq.

Bütün bunları dərin bir soba qabına qoyuruq, üstünə çırpılmış yumurtanı tökürük. Hər tərəfə eyni yayırıq ki, bütün qarışım içinə çəksin.

Qabı sobaya qoyuruq, kükü qızaran kimi demək olar ki, hazırdır. Romb şəklində doğrayırıq, soyuq ya da isti halda və ya plovun yanına qarnir kimi veririk.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 436 440 397 397 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.