ice berg

ice berg İdman 27-05-2023, 15:20

Azərbaycan cüdo millisi Qran-prini 3 medalla başa vurub

Azərbaycan cüdo millisi Qran-prini 3 medalla başa vurub
Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirini 3 medalla başa vurub.

LoaDinG.aZ'ın "Report"a istinadən məlumatına görə, yarışa 12 idmançı ilə yollanan komanda 2 gümüş, 1 bürünc medalla kifayətlənib.

Son gündə 90 kq çəki dərəcəsində iki cüdoçu mübarizəyə qoşulub. Elcan Hacıyev ilk görüşünə 1/16 finalda çıxıb və belçikalı Karel Fubertə məğlub olub.

Murad Fətiyev də yarışa 1/16 finaldan qoşulub. 24 yaşlı idmançı ispaniyalı Daniel Trinidaddan güclü olsa da, növbəti raundda büdrəyib. Fətiyev Avstriya təmsilçisi Tomas Şarfetterə uduzub.

Qeyd edək ki, Qran-prinin ilk iki günündə Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal əldə ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 307 299 322 322 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.