n2006

n2006 Mətbəx 31-05-2023, 13:00

Halva resepti

Halva resepti
Halva resepti axtarışında olanlar üçün ən dadlı resseptləri təqdim edirik. Adətən yas mərasimlərində təqdim edilən halva dadlı şirniyyat növlərindən biridir. Bundan əlavə Qurban və Ramazan bayramlarında da halva bişirilir. Siz adi günlərdə də bu şirniyyatdan hazırlaya bilərsiniz.



Ərzaqlar:

1 kq un
Yarım kilo kərə yağı
Şərbət üçün:

1 kq şəkər tozu
3 stəkan su
1 çay qaşığı sarıkök
Darçın (istəyə görə)
Hazırlanma qaydası:

Şərbəti hazırlamaq üçün suya şəkər tozu və sarıkök töküb qaynadın. Mət halında olduqdan sonra ocaqdan götürün.
Unun üzərinə su səpib əlinizlə ovxalayın və umac hazırlayın.
Sonra bunu xırda gözlü sürtgəcdən keçirin. Ələyib ununu çıxardıqdan sonra umacı quru dəsmalın üzərinə sərib qurudun.
Kərə yağını əridin.
Umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın.
Umac sarı-qızılı rəngə çalanda və yağını buraxanda üzərinə qaynar şərbət tökün. Yaxşı qarışdırıb altını söndürün.
Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 490 447 437 502 492

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.