ice berg

ice berg İdman 29-05-2023, 18:30

Formula 1 Monako Qran-Prisinin qalibi Maks Ferstappen oldu

Formula 1 Monako Qran-Prisinin qalibi Maks Ferstappen oldu


Formula 1 Monako Qran-Prisinin qalibi müəyyənləşib.

LoaDinG.aZ xəbər verir ki, Monte-Karloda təşkil olunan yarışda “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.

“Aston Martin”in ispan sürücüsü Fernando Alosno yarışı ikinci, “Alpine”nin fransalı pilotu Esteban Okon isə üçüncü pillədə başa vurublar.

Maks Ferstappen cari mövsüm dördüncü, Monte-Karlo trasında ikinci, karyerasında isə 39-cu qələbəsini qazanıb.

Pilotların sıralamasına 144 xalla M.Ferstappen başçılıq edir. Onun komanda yoldaşı Serxio Peres 105 xala ikinci, F.Alonso isə 93 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda isə “Reb Bull Racing” komandası birincidir. Avstriya təmsilçisinin hesabında 249 xal var. İlk üçlüyü “Aston Martin” (120 xal) və “Mercedes” (119 xal) komandaları tamamlayırlar.

Növbəti yarış iyunun 2-4-də İspaniyada təşkil olunacaq.

Xatırladaq ki, aprelin 28-dən 30-dək Bakı şəhər halqasında təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisində Serxio Peres birinci olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 547 455 459 462 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.