Azer2

Azer2 İdman 29-05-2023, 08:50

İspaniyanı Çempionlar Liqasında və Avroliqada təmsil edəcək klublar

İspaniyanı Çempionlar Liqasında və Avroliqada təmsil edəcək klublar
İspaniyanı Çempionlar Liqasında və Avropa Liqasında təmsil edəcək klublar müəyyənləşib.
Çempion "Barselona" (88 xal), 2-ci "Real" (77 xal), 3-cü "Atletiko" (76 xal) və 4-cü yerdə olan "Real Sosyedad" (68 xal) 2023/2023 mövsümündə Çempionlar Liqasında mübarizə aparacaq. "Real Sosyedad" 2013/2014 mövsümündən sonra ilk dəfə ÇL-də oynamaq hüququ qazanıb. La Liqanın bitməsinə 1 tur qalmış sözügedən komandaların ilk 4-lükdə qalacağı dəqiqləşib.

"Vilyarreal" (63 xal) və "Betis" (59 xal) Avropa Liqasına vəsiqə qazanıb.

Konfrans Liqasına vəsiqə uğrunda mübarizə "Osasuna", "Atletik", "Jirona", "Rayo Valyekano" və "Sevilya" arasında davam edir.

Qeyd edək ki, "Sevilya" Avropa Liqasının qalibi olacağı təqdirdə Çempionlar Liqasında oynamaq hüququ qazanacaq. Avroliqanın finalı mayın 31-də “Roma”ya qarşı keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 318 383 333 367 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.