sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 29-05-2023, 19:30

Gül kələmi qızartmasın; belə hazırlayın

Gül kələmi qızartmasın; belə hazırlayın
bu gün sizə Gül kələmi qızartmasının hazırlanmasından bəhs edəcəyik.



İnqrediyentlər

1ədəd orta ölçülü gül kələmi

5 stəkan qaynar su

1 ç.q. un



QIZARTMA İÇLİYİ ÜÇÜN:

1 st süd

2 ədəd yumurta

1 ç.q.duz

4 ç.q. un



QIZARTMAQ ÜÇÜN:

150 qr yağ



Hazırlanma mərhələsi

Təmizlənmiş və sərt kök hissəsi kəsilmiş gül kələmi hissələrə ayrılır. Gül kələminin qoxusunu aradan qaldırmaq üçün o 6-8 dəqiqə unlu qaynar suda qaynadılır. Qaynayan gül kələminin suyu süzülür və geniş servis boşqabına qoyulur. Qızartmaq üçün içlik hazırlanır. Bunun üçün qaba yumurta, süd, un və duz əlavə olunur, qarışdırılır. Tam hamar maye məhlul alınır. Yağ geniş tavada əridilir. Gül kələmlər bütünlüklə içliyə batırılır və qaynar yağda qızılı rəng alana qədər qızardılır. Artıq yağını çəkməsi üçün kağız salfetin üzərinə qoyulur. Servis edərkən yanında qatıq vermək olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 560 458 501 522 504

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.