KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-06-2023, 20:01

Bu il maaşlar 1,4 faiz ARTACAQ

Bu il maaşlar 1,4 faiz ARTACAQ
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanun layihəsinə dair izahatda, 2023-cü ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının 897,9 manat səviyyəsində olacağı nəzərdə tutulub.

Bu barədə "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" AR-nın Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə Hesablama Palatasının rəyində əks olunub.

Hesabatda qeyd olunur ki, bu göstərici eyni zamanda 2023-cü ilə dair məcburi dövlət sosial sığorta gəlirləri üzrə proqnozun formalaşmasında iştirak etmiş əsas elementlərdən biridir.

Statistik məlumatlara əsasən, cari ilin ilk iki ayı üzrə orta aylıq əmək haqqının artım tempi 1,8% olub. Bu göstərici ilin əvvəlinə mövcud olmuş əmək haqqı məbləği ilə ilin sonuna proqnozlaşdırılan (897,9 manat ) əmək haqqı məbləği arasındakı fərqin 25,8%-ni təşkil edir.

Aydın olur ki bu göstərici ilin sonuna orta aylıq əmək haqqının proqnozlaşdırılan həddən yüksək olacağını ehtimal etməyə imkan verir.

"AR-nın 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə dair izahatda, cari ilin sonuna orta aylıq əmək haqqının 910,8 manat həddində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəricisindən 12,9 manat (1,4%) çoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 293 297 328 272 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.