ice berg

ice berg Məsləhətlər 3-06-2023, 23:30

Əldən gələn soğan qoxusundan necə qurtulmalı

Əldən gələn soğan qoxusundan necə qurtulmalı
Soğanın kəskin qoxusu olduğu üçün doğradıqdan sonra, əlimizə keçir.

Əllərdəki soğan qoxusu saatlarla qalır və soğan iyinin hər an burnumuza gəlməsinə səbəb olur.

Bu qoxusunu aradan qaldırmaq üçün sadə üsullardan istifadə etmək kifayətdir.

Sun.aZ soğan qoxusunu aradan qaldıran üsulları təqdim edir.

Limon: Əlinizdəki soğan qoxusunu limonla çıxarmaq üçün limonu kəsin və əllərinizə sürtün.

Limon əlinizdə 5 dəqiqə qaldıqdan sonra əllərinizi yumaqla soğan qoxusundan xilas ola bilərsiniz.

Duz: Soğan qoxusunu aradan qaldırmağın başqa bir üsulu duzdur.

Soğan doğradıqdan sonra əllərinizi bir çimdik duzla ovuşdursanız, iyinin getməyə başladığını görə bilərsiniz.

Sirkə: Sirkə də soğan qoxusunu əldən çıxaran üsullardan biridir. Sirkə ilə işləmək və onu belə saxlamaq soğan iyinin getməsinə kömək edəcək.

Pambıq köməyi ilə əllərinizə sirkə çəkə bilərsiniz.

Çay sodası: Soda, soğan qoxusunu əlinizdən çıxararkən əllərinizi təmizləyəcək bir üsuldur.

1 stəkan suya 1 xörək qaşığı soda əlavə edib yaxşıca qarışdırın.

Sonra bu qarışığı əllərinizə tökün və bir müddət əllərinizi ovuşdurun.

Qısa müddətdə soğan qoxusundan xilas olacaqsınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
413 360 359 373 337 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.